RU
Neftin ucuz qiymətləri uzun müddət qalacaq
15:03
369

Neftin ucuz qiymətləri uzun müddət qalacaq

Rusiyanın iqtisadi inkişaf nazirinin proqnozları.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Aleksey Ulukayev neftin ucuz qiymətlərinin uzun müddət saxlanılacağını hesab edir.

Bu barədə o, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında VII Qaydarov forumu çərçivəsində bildirib.

“Bazar məntiqinə görə, bu gün qiymət nə qədər düşərsə, onun sabah sıçrayışı ehtimalı bir o qədər çoxdur. Bu, ən böyük risk deyil. Ən böyük risk budur - neftin ucuz qiyməti uzun müddət qalacaq, yəni illərlə, onillərlə. Bu isə iqtisadiyyatın struktur dəyişiklikləri ilə əlaqədar prinsipial qərarlar deməkdir”, - o deyib.

Onun sözlərinə görə, neftin ucuz qiymətləri uzun müddət qalacaq./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ