Xəbər verdiyimiz kimi, neftin qiymətində son günlər ucuzlaşma müşahidə olunur. Bir çoxları neftin ucuzlaşmasının dolların məzənnəsinin bahalaşmasına səbəb olacağını bildirir.
Bununla bağlı BiG.AZ-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, hələlik dolların məzənnəsində bahalaşma gözlənilmir: "Ölkə iqtisadiyyatında makroiqtisadiyyatda sabitlikdir. Ölkənin valyuta gəlirləri azalmır. Əksinə, həm Neft Fondunun, həm də Mərkəzi Bankın gəlirləri artır. Gələn il üçün, əlbəttə, ölkə iqtisadiyyatında neft faktoru yenə də önəmli olacaq. Neft qiymətləri vətəndaşların gəlirlərinə və yaşayışına təsirsiz ötüşməyəcək. Çünki neftin qiyməti büdcədə proqnoz edildiyindən az olarsa, hökumət reallıqda qənaət rejiminə avtomatik olaraq keçid edəcək. Müşahidələr onu göstərir ki, parlamentdən ilin ortasında büdcəyə yenidən baxılmasını da gözləmək lazım olmur. Bu sadəcə məsələnin hüquqi müstəvidə həllidir. Reallıqda xərcləmələr daha tez azaldılır və bunu əsasən tikinti, təmir, iri investisiya layihələrində müşahidə etmək olar”.
7News.Az