7NEWS.az xəbər verir ki, Şərqi Afrikadakı Mavrikiy ada dövləti epidemiya riski ilə bağlı narahatlıqlar səbəbilə Norwegian Dawn kruiz gəmisinin paytaxt Port Luisdə lövbər salmasına icazə verməyib. Beynəlxalq agentliklərdəki xəbərlərə görə, gəmidə 2 min 184 sərnişin və 1026 ekipaj üzvü var. Norwegian Cruise Line Holdings-in rəsmisi bildirib ki, Cənubi Afrikaya səfər zamanı sərnişinlərdə yüngül mədə xəstəliyinin əlamətləri müşahidə olunub. Ən azı 15 nəfər karantinə alınıb.
7NEWS.az








