RU
Nənə nəvəsini doğdu
22:42
1667

Nənə nəvəsini doğdu

Balaca Kelcey McKissack çərşənbə axşamı doğulub. Ancaq onu anası yox, nənəsi dünyaya gətirib.

28 yaşlı Kelley McKissack illərlə sonsuzluqdan əziyyət çəkib. Kelley ilə əri Aaron dəfələrlə süni mayalanmaya müraciət ediblər və üç dəfə hələ ana bətnində olan uşaqlarını itiriblər.

7news.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, hər altı cütlükdən biri McKissacklar kimi sonsuzluqdan əziyyət çəkir. 54 yaşlı Tracey Thompson cütlüyə onların uşağının surroqat anası olmağı təklif edəndə onların artıq əvvəlki süni mayalanmadan dörd embrionları qalmışdı.

Embrionlardan biri 2015-ci ilin aprel ayında uğurla Thompsonun bətninə yeridilib. Plano Tibb Mərkəzindən bidiriblər ki, həmin vaxt qadının menopauzasından yeddi ay keçmiş olsa da, səhhəti əla imiş. Thompson bədənini uşağı daşımağa hazır vəziyyətə gətirmək üçün əvvəlcədən bir neçə tibbi müalicədən keçib.

"Mənim bunu qızım üçün edə bilməyim necə də böyük mükafatdır," deyə Thompson sevincini bölüşüb.
Xoşbəxt nənə 3 kiloqram çəkisi olan qız nəvəsi Kelcey McKissackı yanvarın 6-da Texasın Plano Tibb Mərkəzində dünyaya gətirib. Elə Kelcey-nin bu qeyri-adi adı da nənəsi Tracy və anası Kelley-nin adlarının qarışığıdır.

İndi ailə öz əhvalatını bölüşür ki, dünyaya surroqat analığın, xüsusən də başqa üsullarla uşaq sahibi ola bilməyənlər üçün, mümkün variant olduğunu bildirsin.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ