RU
Nənə qızını və 4 nəvəsini öldürdü
15:20
36

Nənə qızını və 4 nəvəsini öldürdü

ABŞ-ın Nyu-York ştatında 64 yaşlı Amy Stedman qızı və dörd nəvəsini qəsdən zəhərləyərək öldürməkdə şübhəli bilinir.

Ailənin uzun müddət görünməməsindən narahat olan qonşular polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mekanikvill şəhərində yerləşən mənzilə baxış keçirərkən 44 yaşlı Sarah Myers və onun yaşı 10-13 arasında olan dörd övladının meyitini aşkar ediblər. Mənzildə həmçinin Amy Stedmanın da meyiti tapılıb.

Şəhər polisinin rəisi Vilyam Rabbit bildirib ki, istintaq zamanı əldə edilən əlyazma məktub və digər dolayı sübutlar hadisənin qəsdən zəhərlənmə nəticəsində baş verdiyini göstərir. Mənzildən çoxlu sayda reseptlə satılan və reseptsiz istifadə olunan dərman preparatları da aşkarlanıb.

Hazırda toksikoloji ekspertizalar davam etdirilir. Mütəxəssislər ölümün dəqiq səbəbini müəyyənləşdirməyə çalışırlar.

Hadisə yerli sakinlər arasında böyük şok yaradıb. Hüquq-mühafizə orqanları baş vermiş faciənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün istintaqı davam etdirir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ