RU
Nənə və nəvəni maşın vurdu
13:25
1162

Nənə və nəvəni maşın vurdu

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub. 

Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib və G.Qasımova orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi faktla bağlı araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ