RU
Nepalda avtobus aşıb: Çoxlu sayda ölən və yaralanan var
15:11
338

Nepalda avtobus aşıb: Çoxlu sayda ölən və yaralanan var

Nepalda sərnişin avtobusunun aşması nəticəsində 14 nəfər ölüb, 9-u yaralanıb.

Bu barədə "Anadolu” agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə avtobusun yoldan kənara çıxaraq çevrilməsi nəticəsində baş verib.

Məlumata görə, avtobus ölkə paytaxtı Katmandudan 120 kilometr qərbdə, Lapang Phedi kəndi yaxınlığında aşıb.

Avtobusların törətdiyi yol qəzalarının artmasına səbəb kimi Nepalda yolların pis vəziyyəti və avtomobillərin idarə edilməsində problemlərin mövcudluğu göstərilir./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ