RU
Nepalda sərnişin təyyarəsi itib
13:00
1530

Nepalda sərnişin təyyarəsi itib

Bütün sərnişinlər həlak olub.

Bu gün Nepalda qəzaya uğrayan “Tara Airlines” aviaşirkətinin təyyarəsinin göyərtəsində olan sərnişinlərin hamısı həlak olub.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nepalın Turizm Nazirliyi məlumat yayıb.

“Təyyarənin göyərtəsində olan bütün sərnişinlər həlak olub”, - Hindistanın “India Today” jurnalı elektron versiyasında nazirliyin bəyanatını yerləşdirib. 

11:24

Nepal dağlarında kiçik sərnişin təyyarəsi itib.

7News.Az xəbər verir ki, bu barədə “Sinyuxa” məlumat yayıb.

Havaya qalxdıqdan 18 dəqiqə sonra yerli vaxtla saat 7.50-də (Bakı vaxtı ilə 6.50) təyyarə ilə əlaqə kəsilib. Tara Air şirkətinə məxsus Twin Otter tipli təyyarə Pokxaradan Comsa uçuş reysi həyata keçirirmiş.

Twin Otter təyyarəsinin göyərtəsində 21 nəfər – 18 sərnişin və 3 heyət üzvü olub. Onların arasında Küveyt və Çin vətəndaşı olub.

Yerli məmurlar təyyarənin görümə imkanın pis olması üzündən dağlarda qəzaya uğradığını ehtimal edirlər. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təyyarənin axtarışı davam etdirilir. Axtarışa helikopterlər cəlb edilib, - Associated Press məlumat yayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ