RU
Nepalda təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb
16:03
32

Nepalda təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb


7NEWS.az xəbər verir ki, Nepalın paytaxtı Katmanduda Tribhuvan Beynəlxalq Hava Limanından havaya qalxan Saurya Hava Yollarına məxsus, 2-si ekipaj olmaqla 19 nəfər olan təyyarə qısa müddət sonra qəzaya uğrayıb. Təhlükəsizlik kamerasına düşən anlarda təyyarənin yerə çırpılaraq alov topuna çevrildiyi görülüb. Əraziyə yanğınsöndürənlər göndərilib. Hava limanının sözçüsü Premnath Thakur verdiyi açıqlamada, təyyarədə olan 18 nəfərin həyatını itirdiyini, pilotun isə qəzadan yaralı sağ qaldığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ