7NEWS.az xəbər verir ki, "The Kathmandu Post” qəzetinin məlumatına görə, içərisində 19 nəfərin olduğu təyyarə havaya qalxarkən sürüşərək Tribhuvan beynəlxalq hava limanında qəzaya uğrayıb. Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Subaş Jha verdiyi açıqlamada Saurya aviaşirkətinə məxsus təyyarədə olan 18 nəfərin cəsədinin tapıldığını və pilotun xəstəxanaya aparıldığını bildirib.
7NEWS.az








