RU
Nəqliyyat nazirlikləri arasında
09:54
672

Nəqliyyat nazirlikləri arasında

İlham Əliyev fərman imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ