Bu gün Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, saat 07:00 radələrində rayonun R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinənin saxlanılması istiqamətində tədbirlər görür.
***
Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, avqustun 22-də saat 08 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.








