Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
7news.az xəbər verir ki, hadisə rayonun Z.Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini Elcan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcına vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
7news.az








