Bakıda 38 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Mustafayev Vuqar Eldar oğlu özünə bıçaqla xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin çoxsaylı kəsilmiş bıçaq yaraları diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.








