RU
Nərimanovda polis əməkdaşını avtomobil vurub
12:20
206

Nərimanovda polis əməkdaşını avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Kazımov Sahib Rasim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır. Qeyd edək ki, xəsarət alan şəxs polis əməkdaşıdır.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ