Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli
və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının
qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra
Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 iyun – Uşaqların Beynəlxalq
Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi
tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb
olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayonunda yerləşən orta məktəblərdə 1 iyun – Uşaqların Beynəlxalq
Müdafiəsi günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.
1 iyun 2017-ci
il tarixdə Texniki Humanitar
Liseydə və 247 saylı tam orta məktəbdə şagirdlərin iştirakı ilə bayram tədbiri
keçirilmişdir.
Bayram tədbirlərində çıxış edən Nəsimi
rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva uşaqları
" 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək
bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır.
Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe
tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi
sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol
oynayadığına zəmanət verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq
hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu
ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli
rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması,
onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin
keçirilməsinə təkan verir.
Bayram tədbirində uşaqlar mahnı və rəqslərini ifa etmiş,öz bilik və bacarıqlarını nümayiş etdirmiş, kompozisiyalar təqdim etmişlər. Bayram konsertləri qonaqların alqışları ilə qarşılanmışdır.








