RU
Nəsimi rayonu 1 saylı tam orta məktəbdə 20 Yanvar facəsinə həsr olunmuş tədbir  keçirilib- FOTOLAR
16:27
1441

Nəsimi rayonu 1 saylı tam orta məktəbdə 20 Yanvar facəsinə həsr olunmuş tədbir keçirilib- FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin «20  Yanvar faciəsinin iyirmi yeddinci  ildönümünün keçirilməsinə dair tədbirlər planı  haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və faciənin  ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
 
Nəsimi rayonunun orta məktəblərində Qanlı Yanvar faciəsinə həsr edilmiş foto stendlər düzəldilmiş, anım mərasimləri, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Orta təhsil müəssisələrinin şagirdlərinin «Şəhidlər Xiyabanı»na  ziyarəti təşkil  olunur.
 
18 yanvar 2017-ci il tarixdə 1 saylı tam orta məktəbdə H.Sarabski adına  Mədəniyyət Evinin kollektivinin və məktəbin şagirdlərinin ifasında 20 Yanvar  faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.  Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş  ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin  qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX  əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali  kütləvi qətliama məruz qalmışdır.  O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan  nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə  ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra  Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi  qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20  Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq  ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.
 
Asif  Əsgərov sözünə davam edərək vurğuladı ki, 1990-cı ilin yanvar qırğını  nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları  Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar  faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
 
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, 20 Yanvar və Qarabağ  müharibəsi veteranları və şəhid ailələləri iştirak edirdilər.
 
Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı çıxış etmişdir.
 
7News.az









BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ