Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı ilin 9 ayı ərzində dinamik olmuşdur.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların,
habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə
alınmaqla 372575.9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər
göstərilmişdir.
Nəqliyyat. 2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət
göstərən müəssisələr tərəfindən ümumilikdə 253185.9 min manatlıq xidmətlər göstərilmişdir
.
İnformasiya və rabitə. 2016-cı ilin yanvar- sentyabr
aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə
faktiki qiymətlərlə 44720.0 min manatlıq rabitə xidməti göstərilmişdir.
Tikinti. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində
iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına
909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, da keçən ilin
müvafiq dövrünə nisbətən 14.9 faiz çox olmuşur. İstifadə edilmiş vəsaitin
680379.3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir
ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur.
Ticarət. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən
əhaliyə 617662.7 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
17.8 faiz çox istehlak məhsulları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 321326.3 min
manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrünün səviyyəsinin 73.1 faizi həcmində
pullu xidmətlər göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta
aylıq əmək haqqı 2015-ci ilin yanvar- avqust ayları ilə müqayisədə 7.7 faiz
artaraq 555.1 manata çatmışdır.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonun sənayesində 372575.9 min
manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye
istehsalının 25 faizi məhsul istehsalının, 75 faizi isə sənaye xarakterli xidmətlərin
payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 119969.4 min manatlıq və ya ümumi istehsalın 32.2
faizi qədər, qeyri-dövlət sektorunda isə 252606.5 min manatlıq və ya ümumi
istehsalın 67.8 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər
göstərilmişdir. İstehlakçılara 409833.5 min manatlıq və ya bütün sənaye
istehsalının 110.0 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2016-ci il oktyabrın iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında
hazır məhsul qalığı 2615.0 min manat olmuşdur. 2016-cı ilin yanvar-sentyabr
aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən
253185.8 min manatlıq xidmətlər göstərilmişdir. 2016-ci ilin yanvar-avqust
aylarında nəqliyyat müəssisələrində calışan işcilərin orta siyahı sayı 8834 nəfər,
orta aylıq əmək haqqı 517.1 manat olmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına
4381.7 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 909129.0 min manat məbləğində
investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.9
faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 572751.3
min manat (63.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə
336377.7 min manat (37.0 faiz) sərmayə yönəltmişlər.2016-cı ilin
yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 680379.3 min
manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu
da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.5 faiz çox olmuşdur.
2016-cı ilin yanvar- sentyabr aylarında podratcı təşkilatların gördükləri işlərin
həcmi 569860.8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 55.9 faiz
artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin
həcmi 564162.2 min manat (99,1 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin
yerinə yetirdikləri işlərin həcmi isə 5698.6 min manat (0,9 faiz) olmuşdur.
2016-cı ilin yanvar- sentyabr aylarında tikintidə işçilərin orta siyahı sayı
7016 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.4
faiz çox olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1007.4 manat
olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.9 faiz çoxdur.
2016-cı ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə
617662.7 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 17.8 faiz çox əmtəə
satılmışdır. Əmtəələrin 26.1 faizi hüquqi şəxslərin, 64.7 faizi hüquqi şəxs
yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 9.2
faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur. Pərakəndə ticarət
dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə
bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində
616426.9 min manatlıq və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz
çox istehlak məhsulları satılmışdır.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi
336663.9 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 280998.8 min manat
olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 54.5 və 45.5
faiz təşkil etmişdir.
2016-cı ilin yanvar- sentyabr ayları ərzində əhaliyə 43108.5 min manatlıq və ya
əvvəlki ilin eyni səviyyəsindən 7.6 % çox iaşə xidmətləri göstərilmişdir. İaşə
dövriyyəsinin 8.2% hüquqi şəxs statuslu müəssisələrin, 91.8 % isə hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti
nəticəsində formalaşmışdır.
Artımın 22.5 faizi hüquqi şəxslərin, 77.5 faizi isə fərdi sahibkarların fəaliyyəti
sayəsində yaranmışdır.
Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin
hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi
keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 faizi azalaraq 321326.3 min manat
olmuşdur. Ümumi həcmin 72.4 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş
və bu müəssisələrdə əhaliyə 232511.3 min manatlıq pullu xidmətlər göstərilmişdir.Əhaliyə
göstərilmiş pullu xidmətlərin 5.3 faizi dövlət müəssisələrinin payına
düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 304352.4 min manatlıq
pullu xidmətlər göstərilmişdir.Əhaliyə göstərilən pullu xidmətlərin 6.4 faizini
məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 20621.6 min manatlıq və ya
ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz çox məişət xidmətləri göstərilmişdir.
Məişət xidmətlərinin 98.8 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır
2016-cı ilin yanvar-avqust aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 1.9 faiz artaraq 148745 nəfər, orta aylıq
nominal əmək haqqının səviyyəsi isə 7.7 faiz artaraq 555.1 manat olmuşdur.
Cari ilin yanvar- avqust ayları üzrə işçilərin orta sayı və orta aylıq nominal əmək
haqqı səviyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməsi rayon
üzrə aşağıdakı kimi xarakterizə olunur:
Rayon üzrə muzdla işləyənlərin sayı dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə
nisbətdə 2.3 dəfə, onlara hesablanmış əmək haqqı fondu isə 1.1% çox olmuşdur.
Bir nəfərə orta aylıq əmək haqqı cari ilin 8 ayında rayon üzrə 555.1 manat o
cümlədən dövlət mülkiyyətində 412.9 manat, qeyri-dövlət mülkiyyətində isə 884.2
manat təşkil etmişdir.
2016-cı ilin III rübündə 650 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi
yerlərdir.
2016-cı il oktyabrın 1-i vəziyyətinə rayonun əhalisi 219.4 min nəfər olmuşdur.
Ərazisi 0,01 min kv. km, əhalinin sıxlığı 1 kv km-ə 21940 nəfərdir.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonda 1509 nəfərin doğumu və 797 nəfərin
ölümü qeydə alınmışdır. Cari ildə 2015-si ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə doğulanların sayı 7.1-dən 6.8-ə enmiş, ölənlərin sayı eyni səviyyədə
qalmış, təbii artım 3.5-dən 3.2-yə enmişdir .
Rayonda 2016-cı ilin yanvar-sentyabr aylarında 728 nikah və 327 bosanma qeydə
alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər
1000 nəfərinə nikahların sayı 4.0-dan 3.3-ə enmiş, boşanmaların sayı isə eyni səviyyədə
qalmışdır.
2016-cı ilin yanvar sentyabr aylarında pasport xidmətləri tərəfindən daimi
yaşamaq üçün rayona gələn 255 nəfər qeydə alınmışdır.
Cari ilin keçən dövrü ərzində RİH başçısının Sahə inzibati ərazi dairələrində
abadlıq-quruculuq işləri, vətəndaşları narahat edən məsələlər və onların müraciətləri
ilə bağlı məsələlərin baxılması və həlli istiqamətində işlər davam
etdirilmişdir.
Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri 2016-cı ilin 9 ayı ərzində Azərbaycan
Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra
Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişdirlər.
2016-cı ilin yanvar ayından başlayaraq nümayəndəliklər tərəfindən ev təsərrüfatı
kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu
işlər mütəmadi olaraq davam etdirilmişdir.
Nümayəndəliklər hesabat dövrü ərzində əraziyə xidmət göstərən Mənzil Kommunal
İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti
Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin
koordinasiya edilməsinə çalışmışdırlar.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti
daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının
alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə
mütamadi olaraq məlumat verilmişdir.
Hesabat dövrü ərzində nümayəndəliklər istər rayon İcra Hakimiyyəti tərəfindən,
istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə
və müraciətlərin obyektiv araşdırılmasına,qanunla müəyyən edilmiş müddətdə
icrasına çalışmışdırlar.
Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər
iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi
üçün müvafiq tədbirlərin görülməsi işləri davam etdirilir.
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətlərinin təşkili hər zaman
Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar
rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində
rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin
valideyn himayəsindən məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və
maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.
Uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon
İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə recissor Eldar
Quliyevin "Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur.
Məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması,
şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə Nəsimi
rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata
keçirilməsinə başlamışdır. Belə ki, 13-20 iyul tarixlərində Nəsimi rayonundakı
orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin "Laza” sərhəd
zastavasının bazasında "Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.
18-26 iyul tarixlərində isə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin
yay istirahət düşərgələrində istirahətlərinin təşkilinin davamı olaraq Quba şəhərində
"Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunmuşdur.
Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili,
onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların
bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün
orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunmuşdur.
İyul və avqust aylarında məktəblilərin yay tətilinin və asudə vaxtın səmərəli təşkil
olunması istiqamətində görülən tədbirlərin davamı olaraq 500 nəfər Nəsimi rayon
məktəblilərinin Muzey Mərkəzində yerləşən Muzeylərə - C.Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə və Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinə
ekskursiyası təşkil olunmuşdur. Həmçinin yay tətili günlərində məktəblilərin
"Üfüq” gəmisində gəzintisi və Novxanı AQUAPARK əyləncə mərkəzində istirahəti təşkil
edilmişdir.
Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət
verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik
yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və TV,
qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin
iştirakı ilə tədbir-görüş keçirilmişdir.
Tədbirdə curnalistləri
maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV
nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim
olunmuşdur.
Ahıllara, müharibə veteranları və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi
siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər
təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə
tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə
alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən
bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə
olunduğunu nümayiş etdirir.
III rüb ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon
şöbəsinin üzvləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Həmçinin
bir qrup müharibə veteranları, ahıllar və əlillər üçün Bilgəh qəsəbəsindəki
İstirahət Mərkəzində tədbir təşkil edilmişdir.
Beynəlxalq Ahıllar günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində rayonun
ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu
ilə görüş keçirilmişdir.
Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil
edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin
Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil
qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan
279 ahıl vətəndaşdan 260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri
qadın, 53 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil,
35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin
yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol
verilmir.Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıdan
danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını
çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə
uğurlar arzulamışlar.Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən
artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim
edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar,
iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Ramazan və Qurban bayramları
kimi əziz bayramlar münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram
sovqatlarının paylanması təşkil olunmuşdur.
Ümumilikdə Nəsimi rayon İcra hakimiyyəti tərəfindən 2016-cı ilin 9 ayı ərzində
9700 nəfərə yardım göstərilmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın
geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil
ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. 2015-2016-cı tədris ilində
rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə
qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını
qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı,
77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227
nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci
təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə
Prezident təqaüdünə layiq görülüb. 2015-2016-cı tədris ilində Elitar
Gimnaziyadan 695 bal toplamış məzun Fatimə Abdinli, Texniki Humanitar Liseydən
695 bal toplamış Valeh Rəcəbov və 42 saylı tam orta məktəbdən 690 bal toplamış
Aidə Qəhrəmanova Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq
görülmüşdür.
Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti
tərəfindən hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları,
şəhid və aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə
olunmuşdur.
Sentyabr ayının 15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr - «Bilik
günü» yüksək təntənə ilə qeyd edilmişdir. Keçirilən tədbirlərdə məktəblərin müəllim
və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri
və digər qonaqlar iştirak etmişdirlər. Tədbirlərdə yeni dərs ilinin başlanması
və "Bilik günü" münasibətilə şagirdlər və onların valideynləri təbrik
edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu
bildirilmişdi. Məktəb rəhbərlikləri 2015-2016-cı tədris ilində məktəblərin məzunlarının
uğurlu nəticələrini tədbir iştirakçılarının nəzərlərinə çatdırmışdırlar. "Bilik
Günü”nə həsr edilmiş bayramlarda məktəbə yeni qədəm qoyan birincilər üçün
bayram proqramları göstərilmişdir.
"Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik,
qaz, elektrik enercisi, sukanal təchizatı və digər xidmət sahələrinin
2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi
Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
İclasda qeyd edilmişdr ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq,
yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli
keçirilməsi və istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar
qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Hesabat dövrü ərzində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını
daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə
yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan park əsaslı təmir
edilmişdir.
Parkın ətrafındakı
yaşayış binalarının fasadları - Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış
binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20
Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı 5.800 kv.m olan 3 ədəd 5 mərtəbəli
yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni
qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Sakinlərin asudə
vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan 3 ədəd
söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul
olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar
üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı xüsusi əyləncə avadanlıqlarından
ibarət meydança salınmışdır. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir.
Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar
quraşdırılmışdır.Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir.
Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur.
Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni
işıq dirəkləri quraşdırılmışdır.Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi
üçün ictimai iaşə xidməti yaradılmışdır.
Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirmişlər.
Sentyabr ayının 22-də 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında "Abad həyət”
Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli
binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok
girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına
dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların
kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və
güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir.
Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri
quraşdırılmışdır.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah
quraşdırılmışdır.Söhbətgahın döşəməsinə və ətrafına mozaika tipli tamet daşlar
döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və
idmanla məşğul olmaları üçün "Abad həyət”də mini futbol meydançası da
salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları
quraşdırılmışdır.
H. Seyidzadə 16 a ünvanının sakinləri öz binalarının həyətlərində yaradılan
abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla
davam etdirilir,mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri
sakinlərin rahatlığına xidmət edir.
2016-cı ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə
Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində
vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək
hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1700 ərizə və müraciəti
( 2015-ci ilin 9 ayı ərzində 1355 ərizə)daxil olmuşdur.
Onlardan 358-i Prezidentin Administrasiyasından, 29-u Milli Məclisdən, 35-i
Nazirlər Kabinetindən, 282-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 996-sı vətəndaşlar
tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 463-ü təkrar,
171-i kollektiv ərizələrdir.
Keçən ilin 9 ayı ilə müqayisədə müraciətlərin sayı 345 ədəd artmışdır.
Artım əhalinin sosial məsələləri, mənzil məsələləri, təmir-tikinti məsələləri,
xüsusilə birdəfəlik yardım məsələləri, yeniyetmələrin yay istirahətinin təşkili
üzrə və uşaqlara məktəbli formasının verilməsi ilə bağlı müraciətlərin hesabına
olmuşdur.
Daxil olmuş 1700 müraciətin 1638-i ərizə, 61-i şikayət xarakterli olmuşdur.
Müraciətlərin 459-u müsbət həll olmuş, 786-ı barədə müvafiq izahat verilmiş,
370-i aidiyyəti üzrə göndərilmiş, yerdə qalanları baxılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron
informasiya sisteminin tələblərinə uyğun olaraq 9 ay ərzində işlər davam
etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin
edil
Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq RİH Başçısı, müavinlər və şöbə
müdirləri tərəfindən həyata keçirilmiş, yerlərdə 9 ay ərzində səyyar qəbullar
keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli "Azərbaycan
Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının
yaradılması haqqında” Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti
göstərən fiziki və höquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın
və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin höquqlarının və qanunla
qorunan maraqlarının mödafiəsi məqsədi ilə yaradılmış Apellyasiya Şurası işini
davam etdirmşdir. «Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
Apellyasiya şuralarında müraciətlərin elektron qəbulu sisteminə» qoşulması ilə
bağlı Prezident Admimnstrasiyası rəhbəri akademik Ramiz Mehdiyevin tapşırığına əsasən
rayon icra hakimiyyəti tərəfindən
zəruri təşkilati-texniki tədbirlər görülmüş, Rabitə və Yüsək Texnologiyalar
Nazirliyinin Məlumat Hesablama mərkəzinə müraciət edilərək elektron imza
sertifikatları əldə edilmişdir. Azərbaycan Respublikası Prezidenti
yanında Apellyasiya Şurasının göstərişlərinə uyğun olaraq RİH-nin saytında
Rayon Apellyasiya Şurasının ayrıca elektron ünvanı yaradılmışdır.
Hesabat dövründə Administrasiyanın Regional idarəetmə və yerli özünü idarəetmə
orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə
rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən
müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən
olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
İclasdaəldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Şura iclasında Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının Sədri Milix Yevdayev
70 illik yubileyi münasibəti ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə "Əməkdar müəllim” fəxri adı və "Tərəqqi” medalı ilə təltif
olunmuş Nəsimi rayon məktəblərinin müəllimləri təbrik edilmiş və onlara hədiyyələr
təqdim edilmişdir.
Həmçinin Nəsimi RİH-nin məsul əməkdaşı Nəcməddin Yunusova "Dövlət qulluğunda fərqlənməyə
görə” medalı təqdim edilmişdir.
7News.Az




7News.Az








