RU
Nəsimi rayonunda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbirləri keçirildi
11:08
115

Nəsimi rayonunda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbirləri keçirildi

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də     1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək  barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. 
 Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli imzaladığı Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür. 
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirlir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı bir sıra  tədbirlər təşkil olunur.
Nəsimi rayonunda da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qazi və şəhid uşaqlarının,   xüsusi qayğıya ehtiyacı olan uşaqların və 268 saylı xüsusi məktəbin  uşaqlarının iştirakı ilə  əyləncəli bayram tədbirləri keçirildi.
Tədbir  rayon ərazisində yerləşən Zabitlər Parkında və "KOALA PARK” Uşaq Əyləncə Mərkəzində  keçirilərək,   onların qayğıları ilə maraqlanılıb. Uşaqlar müxtəlif növ uşaq-oyun elementlərindən istifadə edərək   onlara hədiyyələr təqdim olunub.
Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1 nömrəli Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqları  da ziyarət etmiş, rayon İcra Hakimiyyəti tərəfindən onlara bayram sovqatları verilmişdi. Sonda Nəsimi rayonunda yaşayan  çox uşaqlı ailələrin evlərinə ziyarət olunmuş və uşaqlara bayram hədiyyələri təqdim olunmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ