RU
Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
16:57
398

Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı  şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur.
 
Nəsimi rayon İcra  Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə  bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur.
 
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və  onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması  məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin  Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası  təşkil olunmuş, «Xocalı harayı»  abidəsinin ziyarəti təşkil edilmişdir.  Faciənin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı  şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin  nümayəndələri ilə görüş keçirilmişdir.
 
Görüşdə çıxış edən Nəsimi rayon İcra  Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan  Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və  Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü  ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi  qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi  ilə işlərə başlanmışdır. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər  respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü  göstərilir.
 
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı  məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün  Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi  bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali  Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə toraqlarımızın azad  olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. Asif Əsgərov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalamışdır. Bu  Sərəncamın icrası ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər hazırlanıb keçirilir.  Tədbirdə çıxış edənlər Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi  Rəşidov Nadir, şəhid ailələri Şahmuradova Sahibə və Məmmədova Məlahət  ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə  gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.  Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra  Hakimiyyəti tərəfindən yardımlar  göstərilmişdir.





 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ