RU
Neslihan Atagülün geyimini lağa qoydu
11:00
393

Neslihan Atagülün geyimini lağa qoydu

Aktrisa Zeynep Kankondenin sosial mediadakı paylaşımı diqqətləri çəkib. O, həmkarı Neslihan Atagülün çəkiliş geyimini ələ salıb.

 

7News.Az türk mediasına istinadən xəbər verir ki, bəzi vaxtlar "Olmayınca olmuyor" etiketi ilə məşhurların pozalarını təqlid edib, stillər ilə zarafatlaşan, əyləncəli paylaşımlar edən Zeynepin hədəfi bu dəfə  Neslihan olub.

Atagülün bir jurnal üçün çəkdirdiyi şəklinin bənzərini çəkdirən aktrisa onu "Üzürlü say Neslihan Atagül" başlığı ilə paylaşıb.

Neslihandan qarşı tərəfə cavab gecikməyib. O, Zeynepin paylaşımına "Daha yaxşı alınıb" sözləri ilə reaksiya verib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ