RU
Nəşriyyatın yaxınlığında qumbara aşkarlandı - FOTO
13:41
483

Nəşriyyatın yaxınlığında qumbara aşkarlandı - FOTO

Bakıda, Tbilisi prospekti 76 ünvanında, "Qanun” nəşriyyatının binası yanında qumbara tapılıb.

Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat paylaşıb.

 

Bildirib ki, binanın ətrafını təmizləyən fəhlə, xoşbəxtlikdən, beli qumbaraya toxundurmayıb:

"Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər, "sağlamdır”. Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.

Hadisə yerinə FHN əməkdaşları gəliblər.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ