"İsrail HƏMAS-a qarşı müharibədə qalib gələcək”.
7News.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, İsrail HƏMAS-a qarşı heç vaxt olmadığı kimi kütləvi hücuma hazırlaşır: "Qəzza zolağına endirilən zərbələr yalnız başlanğıcdır”.
O, müxalifət liderlərini ilkin şərt olmadan milli birlik hökuməti yaratmağa çağırıb: "Biz hamımız birik, birləşəndə isə qalib gəlirik”.








