RU
Netanyahu İsrailin Qəzzaya zərbələrindən mülki şəxslərin əziyyət çəkdiyini etiraf etdi
17:50
51

Netanyahu İsrailin Qəzzaya zərbələrindən mülki şəxslərin əziyyət çəkdiyini etiraf etdi

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza bölgəsinə zərbələrindən mülki əhalinin zərər çəkdiyini etiraf edib.

 Netanyahu bunu İsraildə səfərdə olan ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransında deyib.

Bundan başqa, İsrailin Qəzza bölgəsində mülki əhali arasında itkiləri minimuma endirməyə çalışdığını deyən Netanyahu, yenidən Qəzza bölgəsinin sakinlərini "daha təhlükəsiz bölgələrə köçməyə" çağırıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ