"Qəzzada atəşkəs olmayacaq”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABC televiziyasına müsahibəsində deyib.
"Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Mən ümumi atəşkəsin olacağını düşünmürəm", - o deyib.
Onun sözlərinə görə, bu, İsrailin hərbi səylərinə mane olacaq.
Baş nazir əlavə edib ki, Qəzzada atəşkəs İsrailin girovları azad etmək səylərinə də mane olacaq, çünki "HƏMAS-dakı bu cinayətkarlara qarşı işləyən yeganə şey İsrail tərəfindən tətbiq edilən hərbi təzyiqdir”.
Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan həlak olub. İsrail ordusunun məlumatına görə, hazırda 240-dan çox insan HƏMAS-ın əsirliyindədir.








