RU
Netanyahunun mətbuat katibi istefa verir
10:51
21

Netanyahunun mətbuat katibi istefa verir

İsrailin Baş naziri Benyamin Netanyahunun sözçüsü Ziv Aqmon Mizrahi yəhudilərini hədəf alan irqçi şərhləri və Netanyahu haqqında tənqidi açıqlamaların üzə çıxmasından bir gün sonra istefa verəcəyini açıqlayıb.

7News.Az "Qafqazinfo”-ya istnadən xəbər verir ki, bu haqda Aqmon özü açıqlama yayıb.

Aqmon yayılan sitatların həqiqi olduğunu etiraf etsə də, onların kontekstdən çıxarıldığını bildirib.

"Təxminən iki il bundan əvvəl mən dövlət sektoruna qoşulmağı seçdim. Bunu peşə həyatımda uğur qazandıqdan və maliyyə sabitliyi əldə etdikdən sonra mənə çox şey bəxş edən ölkəmə qayıtmaq arzusu və missiya hissi ilə etdim. Bu müddət ərzində müharibə, çətinlik və böhranlar şəraitində gecə-gündüz , həftənin yeddi günü uşaqlarımızı daha yaxşı təmin etmək üçün çalışdım”, - o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ