RU
Nəticə çıxarmayanların acı taleyini bugünlərdə diqqətlə izləyirik
11:30
3037

Nəticə çıxarmayanların acı taleyini bugünlərdə diqqətlə izləyirik

7News.az-ın məlumatına görə bu sözləri Millət Vəkili Adil Əliyev Azərbaycan prezidenti İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanını şərh edərkən deyib: “Azərbaycan prezidenti İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanını yüksək qiymətləndirirəm. Kiçik sahibkarlığın inkişafı üçün vacib qərardır. Bundan sonra xaricdən 10 min manat dəyərində mal gətirənlərə yaşıl işıq yandırılır. Bu sərhəddə kiçik sahibkarlara qarşı əsassız tələblər irəli sürənlərə növbəti ciddi siqnal olmalıdır.

Bu fərmanı Azərbaycan Prezidentinin sədrliyi ilə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiklərinin həyata vəsiqə qazanması kimi başa düşmək lazımdır. İqtisadiyyatda xeyli uğurumuz var, sosial sahəyə diqqət ildən-ilə artırılır. Ancaq prezidentimizin də qeyd etdiyi kimi neqativ hallar da var ki, onlar ümumi inkişafımıza mane olur. Prezidentimiz deyir ki, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, onlardan rüşvət alınmamlıdır.

Neft sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolu danılmazdır. Ancaq axı 30 minə yaxın iş yerinin bağlanması neftin qiymətlərinin enməsi ilə bağlı deyil. Bu məsələdə əsas problem rüşvət, korrupsiya halları, bürokratik əngəllər və inhisarçılıqdır. İnsanları əsasız olaraq nə qədər yoxlamaq olar? O da yorulur, sonra ya müəssissəsini, ya da dükanını bağlayır. Bundan isə dövlət uduzur. Çünki, həm iş yerləri itirilir, həm də zəruri vergidən məhrum oluruq. Prezident müşavirədə bütün bu neqativ halların ortadan qaldılrlmasını tələb etdi. Millət vəkili olduğum bu 10 ildə yanıma gələn şikayətçilərin əsas istəyi işlə bağlıdır. Neftin qiymətlərinə artıq ümid edə bilmərik. Yeni açılan iş yerlərini qorumaq və yenilərini açmaq lazımdır ki, həm məşğulluq, həm də insanların rifah halı artsın. “Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” deyən prezidentimizin bu sözlərindən hamı nəticə çıxarmalıdır. Nəticə çıxarmayanların acı taleyini bugünlərdə diqqətlə izləyirik.” – deyə Millət Vəkili bildirib.

7News.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ