Neymarın Manqaratiba qəsəbəsində 10 min kvadratmetr sahədə inşa edilən lüks villasında helikopter meydançası, üzgüçülük hovuzu, SPA və fitnes mərkəzi var.
7NEWS.az xəbər verir ki, məşhur braziliyalı futbolçu Neymar ölkəsində fərdi villasının yerləşdiyi torpaq sahəsinə icazəsiz süni göl saldığı üçün 3,3 milyon dollar cərimələnib.
Manqaratiba şəhərinin yerli şurası məşhur futbolçunun dörd ayrı ekoloji cinayət törətdiyinə qərar verib.
7NEWS.az








