"Barselona"nın futbolçusu Neymar 2012-2014-cü illərdə vergidən yayınmaqda təqsirkar bilinib.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, San-Paulo məhkəməsinin qərarına əsasən, bu səbəbdən braziliyalı hücumçu 46 milyon avro cərimə ödəyəcək.
Qeyd edək ki, Neymar 2012-2014-cü illərdə 15 milyon avro məbləğində vergidən yayınıb.








