RU
Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib
21:40
161

Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Neymar ölkəsində keçirilən prezident seçkilərində səs verə bilməyib.

7News.Az-ın "El Mundo" nəşrinə istinadən məlumatına görə, buna 30 yaşlı hücumçunun seçici statusu almaq üçün lazımi sənədləşmə işlərini tamamlaya bilməməsi səbəb olub.

Maraqlıdır ki, təcrübəli oyunçu bunu 2013-cü ildə Braziliyadan Avropaya köçərkən etməli idi.

Qeyd edək ki, Neymar seçkilərdə hazırkı prezident Jair Bolsonaru dəstəkləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ