"Barselona"nın futbolçusu Neymar PSJ-nin maraq dairəsinə düşüb.
7News.az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi braziliyalı futbolçu üçün 190 milyon avrosundan keçməyə hazırdır.
Lakin "Barselona" ilə müqavilə yeniləməyə razılıq verən 24 yaşlı futbolçu PSJ-nin təklifini rədd edib. Neymarın yaxın günlərdə "Barselona" ilə sözləşməsini 2022-ci ilə qədər uzadacağı bildirilir.
Qeyd edək ki, Neymar 2013-cü ildə "Santos" klubundan "Barselona"ya transfer olunub.








