RU
Nəzarətsiz qalan 3 yaşlı körpə dərmandan zəhərləndi
13:45
668

Nəzarətsiz qalan 3 yaşlı körpə dərmandan zəhərləndi

Xəzər rayonunda yaşayan 3 yaşlı uşaq dərmandan zəhərlənib.

7news.Az-ın xəbərinə görə, Binə qəsəbəsi, Vaqif küçəsində yaşayan 2015-ci il təvəllüdlü Murad Əşrəfov dərman zəhərlənməsi ilə 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə gətirilib. Həkimlərin səyləri nəticəsində körpənin həyatını xilas etmək mümkün olub. 

Faktla bağlı Xəzər RPİ-nin 2-ci polis bölməsində araşdırmalara başlanılıb. Məlum olub ki, körpə evdə nəzarətsiz qaldığı müddətdə mizin üzərində olan dərmanın bir neçə həbini içib və nəticədə məlum hadisə baş verib.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ