7NEWS.az xəbər verir ki, Dövlət televiziyasında oxunan bəyanatda general Nguemanın yekdilliklə keçid hökumətinə başçı təyin edildiyi açıqlanıb. Atası zabit olan Nguema Mərakeşin Meknes şəhərindəki Kral Mərakeş Hərbi Akademiyasında hərbi təhsilini başa vurmuş, daha sonra Qabonun ekvatorial cəngəlliklərindəki Komando Təlim Mərkəzini bitirmişdir. General Nguema hərbi karyerasından sonra keçmiş prezident Ömər Bonqonun köməkçisi oldu və 2009-cu ildə Bonqonun ölümünə qədər bu vəzifədə qaldı.
7NEWS.az








