Niderland Avropa İttifaqı liderlərindən Ukrayna ilə assosiasiyaya dair sazişin gələcəkdə Aİ-də üzvlüyün və ya müdafiə məsələlərinə aidiyyatı olmayacağına dair zəmanət istəyib.
Bu barədə ölkənin baş naziri Mark Ryutte "Financial Times”a verdiyi müsahibəsində bildirib.
"Əgər zəmanət verilməzsə, biz səhərisi gün parlamentə assosiasiya haqqında sazişi təsdiqləməmək haqqında qanun çıxaracağıq”, - Ryutte deyib.
Ukrayna və Aİ arasında assosiasiyaya dair saziş tərəflər arasında ticarət, iqtisadi və siyasi əlaqələrin dərinləşməsini nəzərdə tutur. Aprel ayında Niderland sakinləri razılaşmanın əlehinə səs veriblər, səbəb isə ölkənin Ukraynaya maddi və ya hərbi dəstək göstərmək öhdəçiliyinə məcbur qalacağından narahatçılıq olub. Assosiasiyaya dair saziş Aİ-nin bütün ölkələri tərəfindən təsdiqlənməlidir.
Ryuttenin sözlərinə görə, zəmanətin hüquqi qüvvəsi olmalıdır. /oxu.az
7news.Az








