RU
Niderlandın xarici işlər naziri Türkiyəyə səfər edəcək
18:30
344

Niderlandın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Niderlandın xarici işlər naziri Siqrid Kaaq Türkiyəyə rəsmi səfər edəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2 sentyabrda baş tutacaq işgüzar səfər çərçivəsində keçiriləcək müxtəlif görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri və Əfqanıstan başda olmaqla, aktual regional məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ