Nigerdə 26 iyul çevrilişinə qarşı çıxan keçmiş üsyançı lider və siyasətçi Rhissa Ag Boula xunta hakimiyyətinə qarşı ilk daxili müqavimət hərəkatını başlatdı.
7NEWS.az xəbər verir ki, Nigerdə darbeçi xuntaya qarşı ilk müqavimətə başlayan keçmiş üsyançı və siyasətçi Rhissa Ag Boula, qurduğu Respublikaçı Müqavimət Şurasının (CRR) məqsədinin ev dustaqlığında olan devrilmiş prezident Məhəmməd Bazumu öz vəzifəsinə qaytarmaq olduğunu açıqladı.
Bəyanata görə, CRR regional bloka, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) və Nigerdə konstitusiya quruluşunu bərpa etməyə çalışan bütün digər beynəlxalq aktorlara dəstək verəcək.
7NEWS.az








