RU
Nigerdə hərbçilər hakimiyyəti ələ keçirib
14:50
66

Nigerdə hərbçilər hakimiyyəti ələ keçirib


Nigerdə hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər. 

7NEWS.az xəbər verir ki, özlərini "Vətənin Mühafizəsi üzrə Milli Şura (VVŞ)” adlandıran bir qrup əsgər qərargahda çəkdikləri və dövlət televiziyası ORTN-də yayımladığı videoda çevriliş bəyanatını oxuyub. Polkovnik-leytenant Amadou Abdramane tərəfindən oxunan bəyanatda, təhlükəsizlik vəziyyətinin pisləşməsi və ölkənin yaşadığı sosial-iqtisadi böhran səbəbindən prezident Məhəmməd Bazumun devrilməsi və konstitusiyanın fəaliyyətinin dayandırıldığı bildirilir. 

Açıqlamada saat 22:00-05:00 arasında komendant saatı tətbiq ediləcəyi və bütün sərhədlərin bağlandığı qeyd edilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ