RU
Nigerdə ​​silahlı hücum nəticəsində 31 mülki vətəndaş həyatını itirib
16:50
209

Nigerdə ​​silahlı hücum nəticəsində 31 mülki vətəndaş həyatını itirib


7NEWS.az xəbər verir ki, avqustun 15-də silahlı şəxslərin Nigerdə ​​kəndlərə hücumları nəticəsində azı 31 mülki şəxs həlak olub.

Bundan əvvəl Niger ordusu iyulun sonunda milli televiziya ilə prezident Məhəmməd Bazum hökumətini devirdiyini elan etmişdi. Əksər Qərb ölkələrinin və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) liderləri çevrilişi pisləsələr də, avqustun əvvəlində ECOWAS ölkələri Nigerə hərbi müdaxilə üçün fövqəladə vəziyyət planı qəbul etdilər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ