RU
Nigerdə yaraqlılar kəndə hücum edib, ölənlər var
10:50
13

Nigerdə yaraqlılar kəndə hücum edib, ölənlər var

Silahlılar Nigerin cənub-qərbindəki Tillaberi bölgəsində yerləşən Dosso Kurequ kəndinə hücum ediblər.

Bu barədə 7News.Az "Agence France-Presse” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, terrorçulardan ibarət dəstə motosikletlərlə əhalinin məskunlaşdığı əraziyə gəlib və kəndliləri öldürdükdən sonra mal-qaranı oğurlayıblar.

Hazırda hökumət ordusunun bölmələri yaraqlıların izinə düşərək onları məhv etməyə çalışır.

Qeyd edək ki, Tilaberi bölgəsi üç ölkə ilə sərhəd zonada (Burkina Faso, Mali və Nigerin qovşağında) yerləşir.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ