RU
Nigerdəki üsyançılar qonşu dövlətləri ölkə prezidentini öldürməklə hədələyiblər
18:28
490

Nigerdəki üsyançılar qonşu dövlətləri ölkə prezidentini öldürməklə hədələyiblər

"Qonşu ölkələrdən Nigerə müdaxilə olarsa, Prezident Məhəmməd Bazumu öldürəcəyik”.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigerdəki üsyançıların lideri deyib.

Qeyd edək ki, daha əvvəl qonşu ölkələrin Nigerə müdaxiləsi ehtimalı ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ