Nigeriyada sərhədlərdə ələ keçirilən bütün ərzaq məhsulları sertifikatlaşdırıldıqdan sonra yoxsullara paylanacaq.
7NEWS.az xəbər verir ki, Nigeriya Gömrük İdarəsi ölkə sərhədlərində ələ keçirilən bütün ərzaq məhsullarını xalqa paylamaq qərarına gəlib. Nigeriya Gömrük İdarəsindən verilən açıqlamada, ələ keçirilən qida məhsullarının qida böhranının həllinə töhfə vermək üçün sertifikatlaşdırıldıqdan sonra ictimaiyyətə çatdırılacağı bildirilib.
7NEWS.az








