Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyada neft emalı zavodunun qeyri-kafi olması səbəbindən neft məhsullarının idxalına hər ay 600 milyon dollar xərcləndiyi bildirilir.
7NEWS.az xəbər verir ki, Nigeriyanın Maliyyə Naziri və İqtisadiyyat üzrə Koordinasiya Naziri Wale Edun qatıldığı televiziya proqramında ölkəsinin neft məhsullarının idxalı ilə bağlı qiymətləndirmələr edib. Nigeriyanın hər ay neft məhsulları idxalına 600 milyon dollar xərclədiyini bildirən Edun, bu məbləğin bu qədər yüksək olmasının səbəbinin Nigeriyanın idxal etdiyi neft məhsullarından digər ölkələrin də faydalanması olduğunu bildirib. Edun bəyan edib ki, prezident Bola Əhməd Tinubu neft məhsullarının idxalına yüksək xərclər səbəbindən benzin subsidiyasını ləğv edib.
7NEWS.az








