7NEWS.az xəbər verir ki, Nigeriya ordusundan verilən açıqlamada ölkənin şimal-şərqindəki Borno əyalətinin Sambisa meşəsində Boko Harama qarşı əməliyyat keçirildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, əməliyyat zamanı 110-u qadın olmaqla 332 nəfər xilas edilib. Açıqlamada xilas edilənlər arasında 2014-cü ildə Boko Haram tərəfindən məktəbə basqın zamanı girov götürülən bir qız şagird və iki uşağın olduğu, xilas edilənlərin Borno əyalət hökumətinə təhvil verildiyi bildirilib.
7NEWS.az








