Nigeriya ordusu ölkənin şimal-qərbində bir kəndə pilotsuz təyyarənin hücumu nəticəsində 85 nəfərin öldüyünü təsdiqləyib.
7NEWS.az xəbər verir ki, Nigeriya ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) dekabrın 3-ü bazar günü ölkənin şimal-qərbindəki Kaduna əyalətinin Tudun Biri kəndinə hava hücumu həyata keçirib. Ordu açıqlama verərək 85 mülki vətəndaşın həyatını itirdiyi hadisəni təsdiqləyib.
7NEWS.az








