Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı həyata keçirilən hava əməliyyatlarında yüzdən çox terrorçu zərərsizləşdirilib.
7NEWS.az xəbər verir ki, "Punch” qəzetinin məlumatına görə, NAF sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada ordunun "Hadin Kay” əməliyyatında Borno əyalətində Boko Harama qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib. Qabkvet qeyd edib ki, əməliyyatlar zamanı aralarında axtarışda olan Boko Haram lideri Əbu Əsəd də daxil olmaqla yüzdən çox terrorçu məhv edilib.
7NEWS.az








