Qərbi Afrika ölkələrindən olan Nigeriyada davam edən leysan yağışların səbəb olduğu daşqınlardan 227 min 500-ə yaxın insanın zərər çəkdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) sözçüsü Ezekiel Manzo verdiyi yazılı açıqlamada ölkədə davam edən yağışlar səbəbindən 27 ştatda daşqınların baş verdiyini bildirib. 227 min 494 adamın daşqınlardan zərər çəkdiyini qeyd edən Manzo, 32 min 837 evin zərər gördüyünü bildirib. Daşqınlar səbəbiylə 16 min 488 hektar kənd təsərrüfatı sahəsinə və əkin sahəsinə ziyan dəydiyini bildirən Manzo, icmalara daşqınlara sürətli reaksiya üçün hazır olmalarını tövsiyə edib. Nigeriyanın Su Nazirliyi ölkənin bəzi bölgələrində güclü yağış və daşqınlarla bağlı xəbərdarlıq edib.
7NEWS.az








