Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Anambra əyalətində poliomielit xəstəliyinə qarşı aparılan kampaniyada 2,3 milyon körpə və uşaq peyvənd edilib.
7NEWS.az xəbər verir ki, Anambra Əyalətinin Səhiyyə Müvəkkili Afam Obidike etdiyi şərhdə, son bir aydır əyalətdə poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başlanıldığını bildirib. Peyvənd kampaniyasında 1,5 milyon körpə və 0-5 yaş arası uşağın hədəf alındığını bildirən Obidike, indiyə qədər əyalət üzrə 2,3 milyon körpə və uşağın hədəflənmiş sayının aşıldığını qeyd etdi.
7NEWS.az








