7NEWS.az xəbər verir ki, Milli mətbuatın məlumatına görə, silahlı şəxslər səhər tezdən Katsina əyalətinin Kukar Babangida kəndinə hücum ediblər. Hücum zamanı aralarında kənd rəsmisi də daxil olmaqla 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
7NEWS.az








