RU
Nigeriyada Boko Haram hücumu: 11 ÖLÜ
14:10
53

Nigeriyada Boko Haram hücumu: 11 ÖLÜ


7NEWS.az xəbər verir ki, Borno əyalətinin Damboa İqa bölgəsində ağac kəsməyə gedən kəndlilər Boko Haramın hücumuna məruz qalıb. Hücum nəticəsində 11 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ