RU
Nigeriyada
10:20
355

Nigeriyada "Boko Haram"ın hücumu: 18 nəfər ölüb

Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşması silahlılarının  hücumu nəticəsində azı 18 nəfər ölüb.

Hadisə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərindən 130 km aralıda qeydə alınıb.
 
Bıçaqla silahlanmış şəxslər Banki yaşayış məntəqəsinə hücum edərək dinc sakinləri qətlə yetiriblər.
 
Qeyd edək ki, "Boko Haram" Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ